Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı

İranda həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı

Tarix: 26 Avqust 2023 19:10

Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, milli fəal "ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək"də ittiham olunub.

Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.


Etiketlər:  İranda həbsdə olan azərbaycanlı fəal dollar girov qoyaraq azadlığa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ