Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dava zamanı Britninin başı yarılıb''

''Dava zamanı Britninin başı yarılıb''

Tarix: 26 Avqust 2023 22:44

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs həyat yoldaşı Sem Asqari ilə boşanması haqda məlumatlar yayılmaqda davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qısa çəkən evlilik ərəfəsində Britni həyat yoldaşına istədiyi bir çox şeyi verməyə razılaşıb. Spirs və Sem boşanma prosesində ev heyvanlarını da bölüşüblər. Keçmiş sevgilisinə Los-Ancelesin ən elit bölgəsində bir mənzil verməyə razı olan ifaçı bu məsələnin sülh yolu ilə sonlanması üçün əlindən gələni edir.

Amma buna baxmayaraq cütlük arasında baş verənlər üzə çıxmaqda davam edir. Belə ki, cəmi 14 ay davam edən evliliklərində ər-arvad arasında bir çox qalmaqal yaşanıb. Hətta otel otağında dava edən zaman yıxılan Britni başını stola çırparaq zədələyib. Həmin an ifaçının başına tikiş də qoyulub.

Bu haqda TMZ məşhur portalın təsisçisi Harvi Levin "Britni Spirs: Boşanma və ümidsizlik" sənədli filmində deyib. Bildirilib ki, Semin bu münasibəti kəsmək qərarına gəlməsinin əsas səbəbi pop ulduzun davranışının gözlənilməzliyi və dəyişkənliyi olub.

Milli.Az


Etiketlər:  Dava zamanı Britninin başı yarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ