Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2023 09:08
Ukrayna lideri Vladimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş müharibəsinə apara bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
"Həqiqətdə əks-hücum yoxdur. Baş Qərargah orada uğurla bağlı nəsə deyir. Hamısı yalandır. Heç kim irəli getmir. Görünür, buna görə məsuliyyət daşımağın vaxtı çatıb", - o bildirib.
Soskin hesab edir ki, Zelenski hərbi münaqişə zamanı ölkəni idarə edə bilmir və Ukrayna ordusunun cəbhədəki uğursuzluqlarını gizlətmək üçün hər şeyi edir.