Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Priqojin ölən gün bu baş verdi - Ponomaryov

Priqojin ölən gün bu baş verdi - Ponomaryov

Tarix: 28 Avqust 2023 10:02

Rusiya müdafiə naziri Sergey Şoyqunun "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Qətl Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

"Təyyarə iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram. Ona görə də anladığımız kimi, buna Priqojin ilə şəxsi hesablaşması olan Sergey Şoyqu birbaşa göstəriş verməli idi", - o bildirib.

O qeyd edib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü olsaydı, FTX-nin üslubunda olardı: ya zəhərlənmə, ya da "Afrikada ov qəzası" kimi...

Milli.Az


Etiketlər:  Priqojin ölən gün bu baş verdi Ponomaryov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ