Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə yeni neft quyusu qazılacaq

Türkiyədə yeni neft quyusu qazılacaq

Tarix: 28 Avqust 2023 13:54

Sentyabr ayında Türkiyənin Van vilayətində yeni neft quyusunun qazılmasına başlanılacaq.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

"Əsas məqsədimiz odur ki, Türkiyədə neft-qaz üçün kəşfiyyat aparılmayan yer qalmamalıdır. Kəşfiyyat işləri aparmağı planlaşdırdığımız sahələrdən biri də Orta və Şərqi Qara dəniz bölgəsidir. Həm Orduda, həm də Rizədə hədəflədiyimiz sahələr var", - deyə o, əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Türkiyədə yeni neft quyusu qazılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ