Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rayonlarda qaz kəsiləcək

Bu rayonlarda qaz kəsiləcək

Tarix: 28 Avqust 2023 20:38

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, sabah saat 09:00-dan "Ağsu" ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan "Qəbələ" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və "Qarasu Əhali" ölçü qovşağından qidalanan "Qarasu-Abdulabad" yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Bu rayonlarda qaz kəsiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ