Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stressdən necə qurtulmaq olar? – Psixoloq məsləhəti

Stressdən necə qurtulmaq olar? – Psixoloq məsləhəti

Tarix: 31 Avqust 2023 05:06

İşdə, evdə, bir sözlə gündəlik həyatımızda tez-tez stress halı ilə rastlaşırıq. Yaşanan hadisələr, hətta bəzən müəyyən insanlar belə, stress keçirməyimizə səbəb olur. Bir çox hallarda isə mütəxəssislər ən böyük xəstəliklərin də məhz stressdən yarandığını qeyd edirlər.

Bu mənada bacardığımız qədər bu kimi hallardan uzaq olmaq arzusu yaranır, amma necə?

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı  açıqlama verən psixoloq Əli Xəlilov bildirib ki, stress insanın inkişafını da təmin edə bilir, lakin yüksək dozada olan stress həyati funksiyalarımızın əngəllənməinə səbəb olur:

"Stressə düşərkən ilkin növbədə psixoloji təzyiq yaranır. Stress eyni zamanda fiziolji olaraq bizə təsir edir və bədənimizdə dəyişikliklər olur. Belə ki, nəfəs daralır, ürək döyüntüləri artır və əzələlərdə gərginlik hiss edirik. Stress yaşayarkən düşünmək lazımdır ki, bunun bir sonu olacaq. Bundan başqa, stress zamanı insan tez-tez nəfəs alır və ürək döyüntüləri artır. Belə olanda dərindən, aramla nəfəs almaq lazımdır. Yaranmış situasiyada sırf ona istiqamətlənmək olmaz.

Bundan başqa, belə situasiyalarda hər insan sevdiyi klassik musiqiyə qulaq asa bilər. Tədqiqatlar göstərir ki, ürək xəstəliyi olan şəxlər 20-30 dəqiqə gün ərzində belə musiqilərə qulaq asanda bu həmin şəxsə yaxşı təsir edir. Bundan başqa, təbiət qoynunda zaman keçirmək, gülmək, təmiz hava almaq da insana müsbət təsir edir. Eyni zamanda idmanla məşğul olmaq stressi azaldır".

Ekspert davamlı stress yaşayanların bu sitiuasiyadan necə çıxmalı olduğu barədə də danışıb:

"Yuxu rejimi pozularsa, bu, insan həyatında stress vəziyyətini ağırlaşırır. Yaxşı olar ki, insanlar həftəlik meditasiya ilə məşğul olsun. Stress halı tez-tez yaranırsa, komediya janrında olan filmlərə baxmaqla da bunu azalda bilərik. Ev heyvanları ilə zaman keçirmək, onlara toxunmaq da stress yükünü azaldır. Son olaraq isə demək istərdim ki, stressli vəziyyət davamlıdırsa, yaxşı olardı ki, insanlar psixoloji yardım alsınlar".

Milli.Az


Etiketlər:  Stressdən necə qurtulmaq olar Psixoloq məsləhəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ