Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək

Rusiya Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək

Tarix: 31 Avqust 2023 13:40

Rusiya Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, taxıl Türkiyədə emal edilərək ehtiyacı olan ölkələrə göndəriləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Soçiyə rəsmi səfəri gözlənilir.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində Rusiyanın taxıl sazişinə xitam verdiyini bildirib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Milli.Az


Etiketlər:  Rusiya Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ