Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2023 21:16
ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Mitç Makkonel etdiyi hərəkətlə gündəmə gəlib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ABŞ Konqresində mətbuat konfransında əsas məruzə ilə çıxış edən senator verilən sual qarşısında təxminən 30 saniyədən çox donub qalıb.
81 yaşlı senatorun bu görüntüləri sosial mediada geniş müzakirələrə yol açıb.
Daha sonra senatorun köməkçiləri onun yanına gələrək sualı eşidib-eşitmədiyini soruşublar. Köməkçilərinin müdaxiləsindən sonra özünə gələn Makkonel yüksək səslə aldığı bir neçə suala qısa cavablar verərək mətbuat konfransını tərk edib.
Qeyd edək ki, Mitç Makkonel bundan əvvəl də iyulun 26-da bir konfrans zamanı eyni hərəkəti ilə gündəmə gəlmişdi. Senator həmin konfransada da jurnalistlərin sualı qarşısında 20 saniyəyə yaxın donub qalmışdı.