Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” Avropa Liqasının 2-ci səbətində: Daha münasib komandalar...

“Qarabağ” Avropa Liqasının 2-ci səbətində: Daha münasib komandalar...

Tarix: 1 Sentyabr 2023 00:32

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasına ikinci səbətdən qatılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,buna Çexiyanın "Sparta" (Praqa) klubunun pley-offda Xorvatiya "Dinamo"sunu (Zaqreb) mübarizədən kənarlaşdırması səbəb olub.

Daha yuxarı reytinqli Zaqreb klubunun turnirdən kənarda qalması Azərbaycan çempionun ikinci səbətə yolunu açıb. Daha əvvəl təmsilçimizin iki, yoxsa üçüncü səbətə düşəcəyi qeyri-müəyyən idi.

Qeyd edək ki, ikinci səbətdə olmağın üstünlüyü komandanın qrupda özündən daha aşağı reytinqli iki komanda ilə rəqib olmasıdır. Avropa Liqasının qrup mərhələsinin püşkü sabah atılacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Avropa Liqasının 2 ci səbətində Daha münasib komandalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ