Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2023 00:45
Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı xarab mikrofonu tamaşaçılara atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, repçinin bu hərəkəti nəticəsində bir azarkeşi yaralanıb. Mikrofon zalda olan radio aparıcısı Briana Monqeynin başına dəyib və onun alın nahiyəsini partladıb.
Məsələ ilə bağlı zərərçəkmiş şəxs artıq polisə ifadə verib. Reperə cinayət işi açılacağı gözlənilir.