Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2023 08:30
Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların və QHT-lərin əməliyyat zonalarında fəaliyyətini dayandırmaq barədə göstəriş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
"Təhlükəsizlik vəziyyəti və Niger Silahlı Qüvvələrinin hazırkı əməliyyat hazırlığı ilə əlaqədar nazirlik ölkədə mövcud olan beynəlxalq təşkilatları, milli və beynəlxalq QHT-ləri və BMT-yə bağlı qurumları məlumatlandırır ki, onların bütün fəaliyyət və hərəkətləri əməliyyat zonalarında müvəqqəti olaraq dayandırılıb", - AFP agentliyi bildirir.