Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ay ərzində COVID-19-a yoluxma hallarının sayı artdı

Bir ay ərzində COVID-19-a yoluxma hallarının sayı artdı

Tarix: 1 Sentyabr 2023 21:03

İyulun 31-dən avqustun 27-dək qlobal miqyasda 1.412.250 nəfər COVID-19-a yoluxub və yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 38% artıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunur ki, Şərqi Aralıq dənizində 113%, Qərbi Sakit okean regionunda 52%, Avropada isə 39% yoluxma halı görünüb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində ən çox yoluxma Cənubi Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda qeydə alınıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2023-cü il iyulun 24-dən avqustun 20-dək dünyada təxminən 1,5 milyon yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə 63% çoxdur. Təşkilat hazırda qeydə alınan halların yoluxma səviyyəsini dəqiq əks etdirmədiyini vurğulayıb. Bu, bütün dünyada testlərin və hesabatların azalması ilə əlaqədardır.


Etiketlər:  ərzində COVID yoluxma hallarının sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ