Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

94 yaşlı məşhur milyarder vəfat etdi

94 yaşlı məşhur milyarder vəfat etdi

Tarix: 2 Sentyabr 2023 12:30

Misirli milyarder Məhəmməd Əl-Fayed vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Sky News" məlumat yayıb. Bildirilib ki, o, 94 yaşında dünyasını dəyişib.

Milyarder Londonda dəfn edilib.

Qeyd edək ki, dünyanın ən zəngin şəxslərindən olan Məhəmməd Əl-Fayed İngiltərənin "Fulham" futbol klubunun və Londonun məşhur "Harrods" ticarət mərkəzinin sahibidir. O, 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün altında avtomobil qəzasında Şahzadə Diana ilə birlikdə həlak olan Dodi Əl-Fayedin atasıdır. Milyarder oğlunun ölümündə Britaniya kral ailəsini günahlandırırdı.

Milli.Az


Etiketlər:  94 yaşlı məşhur milyarder vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ