Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serxio Ramosun yeni klubu bilindi - İldə 20 milyon avro qazanacaq

Serxio Ramosun yeni klubu bilindi - İldə 20 milyon avro qazanacaq

Tarix: 3 Sentyabr 2023 12:38

Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb. 

Mənbənin məlumatına görə, "Əl-İttihad" 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin "Qalatasaray"ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.

Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək.

Milli.Az


Etiketlər:  Serxio Ramosun yeni klubu bilindi İldə milyon avro qazanacaq


RƏYLƏR