Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb F-16-ları buna görə vermirdi - Reznikov

Qərb F-16-ları buna görə vermirdi - Reznikov

Tarix: 3 Sentyabr 2023 22:44

Ordu 2024-cü ilin yazında cəbhədə istifadə üçün F-16-ya sahib olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Düşünürəm ki, gələn il yazda F-16-lar olacaq. İstifadə olunacağını nəzərdə tuturam. Çünki bu gün təlim üçün icazə var, təlim keçməyə razılıq verən ölkələr var, hətta təlim və infrastruktur hazırlığı tamamlandıqdan sonra F-16-nın bizə verilməsinə razılıq verən ölkələr var", - Reznikov bildirib.

Onun sözlərinə görə, tərəfdaşların F-16 təmin etməkdən imtinası heç vaxt siyasi müstəvidə olmayıb:

"Qərb eskalasiyadan qorxurdu və həm də NATO-nu Rusiya ilə müharibədən kənarda saxlamağa çalışır".

Milli.Az


Etiketlər:  Qərb F 16 ları buna görə vermirdi Reznikov


RƏYLƏR