Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Plastik əməliyyat etdirən modelin halı pisləşdi - FOTO

Plastik əməliyyat etdirən modelin halı pisləşdi - FOTO

Tarix: 4 Sentyabr 2023 08:38

Rusiyalı aparıcı, model Viktoriya Bonya Los-Ancelesdə plastik əməliyyat etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bella Hadidin plastik cərrahına müraciət edən Bonya baş verənləri izləyiciləri ilə bölüşüb. Model əvvəlcə üzünün futbol topuna bənzədiyini yazaraq şikayət edib. Daha sonra isə 43 yaşlı Viktoriya çətin günlər keçirdiyini, ağrıların çox olduğunu bildirib.

Bu dəfə isə model əməliyyatdan sonra ilk dəfə gəzdiyini, bunun isə onu daha da pis etdiyini yazıb. "Uzun gəzintidən sonra özümü çox pis hiss etdim. Başım çox ağrıyır " deyə, Viktoriya əlavə edib.

Amerikada olan model təcili yardım çağırdığını yazıb. 

Milli.Az


Etiketlər:  Plastik əməliyyat etdirən modelin halı pisləşdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ