Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Formula 1" pilotu Qran-pridən sonra qarət olundu

Tarix: 4 Sentyabr 2023 16:42

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının pilotu Karlos Sayns İtaliya Qran-prisindən sonra qarət edilib.

Milli.Az "report"a istinadən bildirir ki, 29 yaşlı sürücü Milan şəhərinin mərkəzindəki oteldən çıxandan sonra üç nəfər tərəfindən mühasirəyə alınıb.

Onlar Saynsın sol qolundan 300 min avro dəyərində olan saatı çıxarıblar. Daha sonra polis oğruları saxlayıb, onların 18, 19 və 20 yaşında mərakeşlilər olduğu müəyyən edilib.

Qeyd edək ki, Karlos Sayns İtaliyadakı yarışdü üçüncü yeri tutmuşdu.

Milli.Az


Etiketlər:  Formula 1 pilotu Qran pridən sonra qarət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ