Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mədəniyyətin olsa, şortiklə çıxıb "lezva" reklam etməzsən" - Bəhram söyülür - FOTO

Tarix: 4 Sentyabr 2023 17:40

Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi birmənalı qarşılanmayıb. 

Milli.Az Sfera.az-a istinadən bildirir ki, bir sıra tanınmış şəxslərlə yanaşı sosial media istifadəçiləri də Bəhram Bağırzadəni tənqid ediblər. 

Qeyd edək ki, Bəhram Bağırzadə bildirib ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər:

"Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".

Milli.Az


Etiketlər:  Mədəniyyətin olsa şortiklə çıxıb lezva reklam etməzsən Bəhram söyülür FOTO


RƏYLƏR