Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslar Baxmuta əlavə qüvvələr toplayır - Hərbi ekspert

Ruslar Baxmuta əlavə qüvvələr toplayır - Hərbi ekspert

Tarix: 4 Sentyabr 2023 21:52

Ukrayna Müdafiə Qüvvələrinin təzyiqi altında olan ruslar başqa istiqamətlərdən Baxmut bölgəsindəki mövqelərə ehtiyatlar yığmağa məcbur olur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu hərbi eksperti Valeri Ryabıx deyib.

"Bu istiqamətində ümumi vəziyyətdən danışırıqsa, Baxmut şəhəri rusların getdikcə daha çox ehtiyat yığmağa davam etdiyi yer olaraq qalır. Ukrayna hərbi rəhbərliyinin ideyası ruslara Baxmut istiqamətində daim təzyiq göstərməkdir ki, bu da onların hücum əməliyyatlarının inkişafını qeyri-mümkün edəcək. Xüsusilə də, Liman-Kupyansk istiqamətində...", - Ryabıx bildirib.

Milli.Az


Etiketlər:  Ruslar Baxmuta əlavə qüvvələr toplayır Hərbi ekspert


RƏYLƏR