Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 18:18
Hindistan hökuməti ölkəyə keçmiş adı - Bharatı qaytarmaq niyyətindədir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş "X" sosial şəbəkəsində yazıb.
"The Economic Times" qəzeti yazır ki, deputatlardan biri "Hindistan" adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Onun qənaətincə, bu, quldarlığın simvoludur.
Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
Qeyd edək ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammiti keçiriləcək. Tədbirə dəvət olunanlara dəvətnamələr "Bharat prezidenti" adından göndərilib.