Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda narkoman qadın narkotikin təsirindən hamamda öldü

Bakıda narkoman qadın narkotikin təsirindən hamamda öldü

Tarix: 29 Oktyabr 2019 20:36

Bakı. Samir Əli - Trend:

Bakıda qadın narkotikin təsirindən ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda narkoman qadın narkotikin təsirindən hamamda öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ