Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı qidalar saçların tökülməsinə səbəb olur?

Hansı qidalar saçların tökülməsinə səbəb olur?

Tarix: 7 Sentyabr 2023 01:36

Həkimlər hansı içkilərin saç tökülməsinə səbəb ola biləcəyini açıqlayıblar.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, saçınızın sağlamlığı nə yediyiniz və nə içdiyinizlə sıx bağlıdır.

Saç tökülməsindən və incəlməsindən əziyyət çəkənlər gündəlik qida rasionuna çox diqqət yetirməlidir.

Şəkərli və qazlı içkilər kövrək saçlara mənfi təsir edir. Bu içkilər iltihaba, hormonal balanssızlığa, susuzluğa və qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu da saçların seyrəldir. Qazlı içkilərin həddindən artıq kofein tərkibi saçların sağlam böyüməsi üçün lazım olan əsas vitamin və mineralların udulmasına mane olur. Bu da qida çatışmazlığına və saç follikullarının zəifləməsinə gətirib çıxarır.

Mütəxəssislər daha sağlam saçlar üçün adi su və antioksidantla zəngin bitki çayları içməyi tövsiyə edir. Bundan əlavə, toyuq, hinduşka, balıq, süd məhsulları, yumurta, paxlalılar və qoz-fındıq kimi qidaların istehlakı da vacibdir.


Etiketlər:  Hansı qidalar saçların tökülməsinə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ