Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samirə Bağırovadan Nizami Orucova: Bu, bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir...

Samirə Bağırovadan Nizami Orucova: Bu, bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir...

Tarix: 7 Sentyabr 2023 08:45

Tanınmış psixoloq Samirə Bağırova həmkarı Nizami Orucovun onun barəsində səsləndirdiyi "o xanım psixoloq deyil, səhv etmirəmsə, əsaslı psixoloji təhsili yoxdur, məlumatda qeyd edilmişdi ki, sadəcə, psixoloji kömək göstərir" fikirlərinə münasibət bildirib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, S.Bağırova açıqlamasında həmkarının fikirlərini belə dəyərləndirib:

"Ümumiyyətlə, ölkədə eyni sahədə çalışan insanların bir-birilərinə "o, həkim deyil", "o, psixoloq deyil" kimi şəxsi fikirlərini cəmiyyətə elan etmələri bir növ bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir, yəni sanki şahid qismində iştirak edərək əminliklə danışmaq anlamında... Mən bu cavan adamı tanımıram. Müsahibəsindən sonra mənə video postlarını göstərdilər. Ona mənfi şərh bildirənləri "tupoy", "axmaq", "kasıb" adlandırması, sözün düzü, məni çox təəccübləndirdi. Elə buradan görünür ki, psixoloq olaraq tənqidə aqressiv yanaşır. İnsan cahil də ola bilər, savadsız da, amma ziyalı bir insanın vəzifəsi səbirlə bilgisini paylaşmaqdır. Ziyalı insan yalnız təhsilli deyil, eyni zamanda efir maneralarına, danışıq diksiyasına da diqqət etməlidir. Təhsil, diplom savadlı olmaq deyil. Bu şəxs mühafizəkar cəmiyyətin üzvüdür. Bizim cəmiyyətin standart qəbullandığı psixoloq yanaşması var. Videodan da göründüyü kimi, klassik köynək, şalvar və bu eynək ola bilər. "Bu tərzdə geyinirsə, ciddi-ciddi danışırsa, demək ki, işinin mütəxəssisidir" kimi yanaşmalardan bir çoxları, elə bu bəy özü də hələ çıxa bilməyib. Bu tipdə söz-söhbətlər çox olur. Normal bir haldır. Hər sahədə rəqabət var. Amma bir şəxs haqqında tam məlumatı olmadan əminliklə fikir bildirmək cahillik, yaxud qısqanclıq, ən son şərləməkdir ki, dərindən yanaşılsa, məhkəməyə qədər uzana bilər. Yeni yazıb bitirdiyim və cəmiyyətin məhz bu kimi düşüncələrinin kökü ilə bağlı kitabımın nəşri ilə məşğul olduğumdan, ümumiyyətlə, beynimi söz-söhbətlərdən uzaq tuturam. Təhsilimlə bağlı hər hansısa şübhəsi olanlar isə samirabagirova.az saytından məlumat əldə edə bilərlər. Kolleqama isə uğurlar arzulayıram..."


Etiketlər:  Samirə Bağırovadan Nizami Orucova bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ