Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyandan daha bir ziddiyyətli çıxış - Cavab gecikmədi

Paşinyandan daha bir ziddiyyətli çıxış - Cavab gecikmədi

Tarix: 7 Sentyabr 2023 14:03

Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz səhvlərini yenə də boynundan atmağa çalışıb. Daim ziddiyət təşkil edən çıxışları ilə tanınan baş nazir "təqsirkar" kimi Azərbaycanı göstərib. Onun dediyinə görə guya bölgədə gərginlik yaradan tərəf onlar yox, bizik.

Paşinyan 7 sentyabr tarixində hökumət iclası zamanı deyib ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır:

"Beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün Laçın dəhlizinin açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərarlara uyğun olaraq prosesi davam etdirmək əhəmiyyətlidir. Bütün bunların əsasında Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır", - Paşinyan deyib. Onun sözlərinə görə, "Ermənistan tərəfi sülh gündəliyinə sadiqliyini ifadə edir".

Paşinyanın bu açıqlaması əvvəlki çıxışları ilə ziddiyyət təşkil edir. Onun ikiüzlü xarakterini bir daha ortaya qoyur. Aydın məsələdir ki, o, günahı Azərbaycanın üstünə ataraq yenə də məsuliyyətdən boyun qaçırmağa çalışır.

Paşinyana layiqli cavab XİN-dən verilib. Qeyd olunub ki, Paşinyanın hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.

Bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır.


Etiketlər:  Paşinyandan daha ziddiyyətli çıxış Cavab gecikmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ