Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 01:42
Bakı. Trend:
“Təmir geciksə, təzəsini veririk” – artıq Kontakt Home 14 gün ərzində təmir etmədiyi mobil telefonları yenisi ilə əvəzləyir.
İndi Kontakt Home-da mobil telefon alan bütün müştərilər “Sürətli təmir” xidmətindən faydalana bilər. Bu unikal servislə Kontakt Home öz partnyor Servis Link mərkəzilərinə daxil olan bütün mobil telefonları 14 təqvim günü ərzində təmir etməyi öhdəliyinə götürür.
İndi ehtiyat hissəsinin gəlməyini bu qədər gözləmək lazım deyil. Telefon Kontakt Home-dan alınıbsa, demək ki, müştərinin “Sürətli təmir” xidməti var. Fərqi yoxdur hansı səbəbdən təmir geciksə, ona yeni telefon veriləcək.
Əslində “14 gün” maksimal gözləmə müddətidir. Adətən təmir daha tez başa çatır. Servis mərkəzləri təmir müddətinin sürətləndirilməsi məqsədilə işə əlavə mühəndislər cəlb edib.
Yuxarıda qeyd edildiyi kimi, “Sürətli təmir” xidməti bütün Kontakt Home müştərilərinə şamil edilir. Üstəlik müştəri Qızıl Zəmanət istifadəçisi olarsa, bu zaman onun tərəfindən yaradılmış korlanmalar da (ekranın sınması, mexaniki zədələr, maye keçməsi) 14 gün müddətində tam təmir edilir və məhsulun təmiri ehtiyat hissələri daxil olmaqla, tamamilə pulsuz həyata keçirilir. Qızıl Zəmanət xidmətinin bir digər üstünlüyü bu zəmanətin oğurluq hadisələrinə və belə hadisələrlə bağlı meydana gələn nəticələrə şamil edilməsidir.
Kontakt Home müştərilərə daha keyfiyyətli və sürətli xidmət göstərmək üçün daima çalışır və onlara əlçatan olmaq məqsədilə Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində 24 mağazası, həmçinin Bakı şəhərində 3, Sumqayıt və Gəncə şəhərlərinin hər birində 1 servis mərkəzi fəaliyyət göstərir.
Yeri gəlmişkən, Kontakt Home-da telefon və noutbukları ilkin ödənişsiz və 12 ay faizsiz hissə-hissə ödənişlə almaq üçün SON 3 GÜN qaldı! Mağazaya sıfır qəpiklə daxil olub, əla qadcetlə çıxmaq üçün ayın sonunadək Kontakt Home mağazalarına tələsin, yaxud www.kontakt.az saytından onlayn sifariş verin, günün sonunadək ünvanınıza çatdırılsın. Bu superfürsəti qaçırmayın!
Şəbəkənin bütün xidmətləri, həmçinin aksiya və kampaniyaları barədə daha ətraflı məlumat almaq üçün *6060 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin