Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO - FOTO

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO - FOTO

Tarix: 8 Sentyabr 2023 09:48

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

Milli.Az


Etiketlər:  Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ