Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şərti düşmənin hava hədəfləri belə məhv edildi - VİDEO

Şərti düşmənin hava hədəfləri belə məhv edildi - VİDEO

Tarix: 8 Sentyabr 2023 12:14

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub.

Şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.

Milli.Az


Etiketlər:  Şərti düşmənin hava hədəfləri belə məhv edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ