Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

600 kiloqramlıq balqabaq yetişdirildi

600 kiloqramlıq balqabaq yetişdirildi

Tarix: 8 Sentyabr 2023 15:48

Rusiyada ən böyük balqabaq Moskva vilayətində yetişdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə vilayət hökuməti sədrinin birinci müavini Qeorqi Filimonov məlumat verib.

Rekord tərəvəz "Aqrobatl-2023" Ümumrusiya bostançılıq festivalında təqdim olunub.

Bu il Luxovitsdən olan fermer çəkisi 591 kq və diametri demək olar ki, 5 metr olan balqabaq yetişdirib. Bu, ölkənin hər yerindən gələn 35 kənd təsərrüfatı nümayəndəsi arasında ən yaxşı nəticə olub.

Qeyd edək ki, bu, fermerin rekord ölçülü tərəvəz yetişdirdiyi ilk il deyil. O, artıq iki dəfə Rusiyanın Rekordlar Kitabına düşüb.

Milli.Az


Etiketlər:  600 kiloqramlıq balqabaq yetişdirildi


RƏYLƏR