Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 17:48
Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinən anaya qarşı cinayət işi açıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə rayon üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qadın 2019-cu ilin yanvarından 2023-cü ilin may ayına qədər 2013 və 2015-ci il təvəllüdlü oğullarını dərslərindən aşağı qiymətlər aldıqları üçün döyüb. Maarifləndirmə tədbirləri adı altında öz övladlarına fiziki və mənəvi əziyyətlər verib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir. Uşaqlar ailədən çıxarılaraq sosial müəssisəyə yerləşdirilib.