Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 21:24
Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun insan sağlamlığı üçün çox faydalı olduğu bildirilir. Bir çoxları yumurta qabığının faydalı olduğunu iddia etsə də, insanların bir qismi isə əksinə orqanizm üçün çox zərərli olduğunu bildirirlər.
Maraqlıdır, görəsən yumurta qabığının istehlak edilməsi orqanizmə hansı təsirləri var?
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov açıqlamasında bildirib ki, yumurta qabığının tərkibində salmonella bakteriyası var.
Onun sözlərinə görə, həmin bakteriya ölümcül xəstəliyə, zəhərlənmələrə səbəb ola bilər:
"Buna görə də, ilk növbədə yumurtanın qabığı qaynadılmalıdır. Yumurta qabığı toz halında istifadə olunmalıdır. Bu məhsul saçlara, dırnaqlara, sümüklərə faydalıdır. Yumurta qabığınınn tərkibində kalsium miqdarı çox olduğuna görə, sümük inkişafından geri qalan, sümük əriməsindən əziyyət çəkən uşaqların, yaşlıların şorbalarına əlavə olunur. Əlbəttə ki, bütün bunlarla yanaşı yumurta qabığının zərərli tərəfləri də var. Bədəndə kalsium midarının çox olması böyrəklərdə müəyyən fəsadlara səbəb ola bilər. Elə məhz bu baxımdan yumurta qabığını mütləq həkim məsələhəti ilə istehlak etmək lazımdır. Çünki yumurta qabığının istehlakı böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər".