Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”

Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”

Tarix: 8 Sentyabr 2023 21:33

"Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.

H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

"Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur".

Milli.Az


Etiketlər:  Hikmət Hacıyev Laçın Ağdam yolları eyni vaxtda açıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ