Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyadan sonra İstanbulda da toyu oldu - FOTOlar

İtaliyadan sonra İstanbulda da toyu oldu - FOTOlar

Tarix: 9 Sentyabr 2023 00:40

Sentyabrın 2-si İtaliyada nikah masasına əyləşən türkiyəli aparıcı Burcu Esmersoy ötən gün İstanbulda da özünə toy edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, özündən 15 yaş kiçik iş adamı Nazım Akmandillə evlənən aparıcı sosial şəbəkə hesabında toya hazırlıq prosesindən fotolar paylaşıb.

Xatırladaq ki, Burcu daha əvvəl 3 gün toy edəcəyini, 5 gəlinlik geyinəcəyini, mərasimlərin İtaliya ilə yanaşı İstanbul və Bodrumda da keçiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, bu, 47 yaşlı məşhurun üçüncü evliliyidir. Esmersoy 2006-cı ildə "Ferrari"nin reklam marketinqi və sponsorluq meneceri Massimo Kuzimano ilə İtaliyada ailə qurub. Onların evliliyi 2 il davam edib. Daha sonra iş adamı Berk Suyabatmazla evlənsə də, 2019-cu ildə boşanıb.

Milli.Az


Etiketlər:  İtaliyadan sonra İstanbulda da toyu oldu FOTOlar


RƏYLƏR