Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı - VİDEO

Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı - VİDEO

Tarix: 9 Sentyabr 2023 07:44

Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar çıxış edən prezident Emmanuel Makronu fitə basıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, mərasimdə öncə Dünya Reqbi Prezidenti Bill Bomont çıxış edib. Daha sonra kürsüyə Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fit basıblar.

Yalnız onun bütün çempionat iştirakçılarını və Fransa millisini dəstəkləməyə çağırışından sonra tribunalarda olanlar fit çalmağı dayandırıblar.

"AFP" agentliyi öz növbəsində qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına fit və təhqirlər eşidilib.

Milli.Az


Etiketlər:  Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı VİDEO


RƏYLƏR