Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin bu hava limanında yeni uçuş zolağı inşa ediləcək

Türkiyənin bu hava limanında yeni uçuş zolağı inşa ediləcək

Tarix: 9 Sentyabr 2023 14:14

Trabzon hava limanında yeni uçuş zolağı inşa edəcəyik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"İlin sonuna qədər Trabzon hava limanında 3 min 240 metr uzunluğunda yeni uçuş-enmə zolağı inşa edəcəyik. Birinci faza işləri çərçivəsində 3 min 77 kvadratmetrlik yeni beynəlxalq gəliş sərnişin terminalı, 860 kvadratmetrlik CIP sərnişin binası, 2 min 250 kvadratmetrlik yeni istilik mərkəzi binası tikiləcək. Mövcud beynəlxalq terminalın beynəlxalq yola salınan sərnişin terminalına çevrilməsi, EDS və baqajın daşınması sistemlərinin, qeydiyyat konveyerlərinin yenidən nəzərdən keçirilməsi, liftlərin əlavə edilməsi, asma tavanların, eksteryerin yenilənməsi və mərtəbələrinin möhkəmləndirilməsi kimi işlər də həyata keçiriləcək",- deyə nazir qeyd edib.

Uraloğlu bildirib ki, hazırkı mərhələdə tikinti və material təchizatı işləri davam edir. Beynəlxalq gələn sərnişin binasının təməl istehsalı tamamlanıb və polad sütun montajına başlanılacaq. İstilik mərkəzi binasında dəmir-beton istehsalı davam edir. Əlavə xidmət binasında isə təmir işləri davam etdirilir.

"Trabzon hava limanı ölkənin ən işlək hava limanlarından biri olmaqla, daxili sərnişin sayında 7-ci, beynəlxalq sərnişin sayında isə 10-cu yerdədir. Keçən il Trabzon hava limanında 3 milyon 185 min sərnişinin qəbul edilib. Bu ilin sonunda sərnişin sayının 4 milyona çatacağını təxmin edirik",- deyə Abdulkadir Uraloğlu əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanından istifadə edən turistlərin sayı 737 min 137 nəfərə çatıb.

2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanında Azərbaycandan 50, Almaniyadan 260, BƏƏ-dən 598, Bəhreyndən 236, İraqdan 35, İsraildən 59, Qətərdən 57, KKTC-dən 87, Küveytdən 521, Səudiyyə Ərəbistanından 1166, Omandan 488 və İordaniyadan 352 olmaqla, ümumilikdə, 3 min 909 uçuş həyata keçirilib.

Milli.Az


Etiketlər:  Türkiyənin bu hava limanında yeni uçuş zolağı inşa ediləcək


RƏYLƏR