Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Türkiyədən polad məhsulları idxalını azaldıb

Gürcüstan Türkiyədən polad məhsulları idxalını azaldıb

Tarix: 9 Sentyabr 2023 14:36

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azaldaraq, 107,6 milyon dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Gürcüstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,1 faiz azaldaraq, 16,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz azalaraq, 9,7 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,1 faiz azdır.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 15,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib.


Etiketlər:  Gürcüstan Türkiyədən polad məhsulları idxalını azaldıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ