Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 13:38
Yaponiyanın e-ticarət şirkəti olan "Rakuten"in qurucusu və icraçı direktoru Hiroşi Mikitani "Viber" platformasının Rusiyanın təbliğatına sinə gərə biləcəyini bildirib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə yaponiyalı sahibkar "Reuters"ə müsahibəsində danışıb.
"Digər sosial şəbəkələrdən fərqli olaraq biz Rusiyanın bütün saxta xəbər və təbliğatını əngəlləmək niyyətimizi aydın göstərmişik", - Mikitani söyləyib.
Milyarder Rusiya tərəfindən hər hansısa pozuntuların olub-olmaması ilə bağlı suala mənfi cavab verib:
"Keçmişdə Rusiyadan qaynaqlanan məlumat sızıntısı ilə üzləşməmişik. Bəzən, hələ müharibədən öncə, sorğularımız olub ki, onları da rədd etmişik... Bizim təhlükəsizliklə heç bir problemimiz yoxdur".
Mikitani sorğunun nədən ibarət olduğu və kimdən gəldiyini aydınlaşdırmasa da, "Viber"in heç bir hökumətə məlumat təqdim etmədiyini vurğulayıb.
Qeyd edək ki, əsası 2010-cu ildə qoyulmuş "Viber" messenceri 2014-cü ildə Yaponiyanın "Rakuten" şirkətinə satılıb.