Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şarm əl-Şeyx şəhərində rəqəmli rabitənin gələcəyi müzakirə edilir

Şarm əl-Şeyx şəhərində rəqəmli rabitənin gələcəyi müzakirə edilir

Tarix: 30 Oktyabr 2019 10:40

Bu gün planetdə milyardlarla insan internetdən istifadə edir, telekommunikasiya sahəsində inqilabi dəyişikliklər baş verir, rəqəmli texnologiyalar milyonlarla insanın həyatını yaxşıya doğru dəyişdirib. Bu barədə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransının açılışında Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) nümayəndələri xatırladıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, eyni zamanda onlar qeyd ediblər ki, bu gün cəmiyyətin təbəqələşməsi və bərabərsizliyin artması səbəbindən hər bir şəxsin texnoloji inkişafın nailiyyətlərindən istifadə imkanı yoxdur. Beləliklə, 2018-ci ildə dünya əhalisinin 50%-dən çoxunun internetə çıxışı olmayıb.

 

"Biz rəqəmli və ekoloji dəyişikliklər dövrünə qədəm qoyuruq və Ümumdünya Radiorabitə Konfransında qəbul edilən qərarların yalnız yeni texnologiya və xidmətlərin inkişafına deyil, eyni zamanda bütün dünya vətəndaşlarının texnoloji nailiyyətlərin üstünlükləri ilə təmin edilməsinə dair zəmanət verməliyik ki, bu da son nəticədə cəmiyyətə, qlobal iqtisadiyyata və ətraf mühitə fayda gətirəcək” – BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Maneviç deyib.

 

Ümumdünya Radiorabitə Konfransı hər 3-4 ildən bir keçirilir. Konfrans iştirakçıları rəqəmli rabitənin gələcəyini müzakirə edir, bu sahədə beynəlxalq müqavilələr hazırlayır, radiotezlik spektri və peyk orbitlərindən istifadə qaydalarını müəyyənləşdirirlər.

 

Emil Hüseynov




Etiketlər:  Şarm Şeyx şəhərində rəqəmli rabitənin gələcəyi müzakirə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ