Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Tarix: 11 Sentyabr 2023 18:34

Bir çox demokratlar ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişeli prezident seçkilərində Co Baydenə alternativ olaraq ciddi şəkildə nəzərdən keçirirlər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu, hazırkı prezidentin oğlu Hanterlə bağlı aparılan araşdırmaların onun atası haqqında "daha zərərli məlumatları" ortaya çıxacağı qorxusundan doğur.

Sorğular göstərir ki, demokrat seçicilərin yarısı Baydenin ikinci müddətə namizəd olmasını istəmir. 80 yaşında o, artıq Amerika tarixinin ən yaşlı prezidenti olub.

Bu səbəbdən bəzi demokratlar, cütlüyün Ağ Evdə işlədiyi 8 il ərzində "demokratlar arasında ərindən daha populyar olan xanım Obama" ideyasına qayıtmağa məcbur qalırlar.

Bildirilir ki, Mişel Obama demokratlar arasında favorit olaraq qalır. Onu demokrat seçicilərin 48%-i, Baydeni isə 36%-i dəstəkləyir.


Etiketlər:  Obama ABŞ prezidentliyinə namizəd bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ