Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 18:55
"Bəs, nəyə görə övladlarım yanıma gəlmir? Çünki keçmiş qayınanam və ərim mənə ev vermir. Özüm kirayələrdə qalıram. Məni kim qınayırsa, Allah ona yaşadıqlarımı yaşatsın".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana qonaq olduğu "Tarixin bir günü" ictimai-sosial verilişində deyib.
Sözügedən proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva üzünü Cananaya tutaraq bu sözləri dilə gətirib:
"Sənin onlardan ev almağa ixtiyarın var idi. Çünki imza atıb ki, mən hər şeydən imtina edirəm. İmtina etməzdin".
Bu anda isə verilişin aparıcısı Tarix Əliyev (Tolik) Canananın müdafiəsinə qalxıb.
"Canana dedi ki, uşaqlarıma görə hər şeydən imtina edirəm. Evdən də, alimentdən də... Əlindən kağızı aldılar. Dedilər ki, götür uşaqlarını apar. Canananın da uşaqlarını aparmağa yeri yoxdur, keçmiş həyat yoldaşı da aliment vermir. Çünki Canana imza atıb ki, atadan aliment istəmirəm. Ona görə də, Mətanət əlini-qolunu uzadıb, deyir ki, Canana məndən heçnə ala bilməz".
Aparıcının bu çıxışından sonra Əməkdar artistin keçmiş gəlini iddia edib ki, qarşı tərəfin şantajı ilə üzləşib:
"Mən uşaqlarım üçün mübarizə apardım. Mənə heçnə lazım deyil. Siz bilmirsiniz, onlar tərəfindən mənə necə şantajlar olunub. Mənim yaşadıqlarımdan xəbəriniz yoxdur. İş yerim bağlandı, gözəllik salonum bağlandı".
Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu "Yaxşıya doğru" ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq onu bu hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb. Bundan sonra Canana sosial şəbəkə hesabında keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb.