Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 19:46
Türkiyə-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı deyib.
"Türkiyə Qazaxıstanın dörd aparıcı ticarət tərəfdaşından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 54 faiz artaraq 6,3 milyard dollara çatıb. Yaxın vaxtlarda bu rəqəmin 10 milyard dollara çatdırılması hədəflənir. Türkiyə Qazaxıstanın ilk on investoru sırasındadır. Dəyəri 2,8 milyard dollardan çox olan 36 layihə üzrə işlər davam etdirilir", - deyə Tokayev qeyd edib.
Görüş çərçivəsində Hakan Fidan bildirib ki, Türkiyə tərəfi iki ölkənin əməkdaşlığının təşviqi, o cümlədən regional və beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətin yeni səviyyəyə yüksəldilməsi üçün hər cür dəstəyi göstərməyə hazırdır.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin noyabrında gözlənilən səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparmağı planlaşdırır.
Qeyd edək ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 3 noyabr tarixində Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısı üçün Qazaxıstana rəsmi səfər edəcək.