Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır - Dövlət Departamenti

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır - Dövlət Departamenti

Tarix: 11 Sentyabr 2023 22:18

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi "seçkilər"i tanımadığını açıqlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

"Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq", - sözçü qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.


Etiketlər:  ABŞ Qarabağda keçirilən qondarma prezident seçkilərini tanımır Dövlət Departamenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ