Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 18:02
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2091-ə çatıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Son məlumata görə, təbii fəlakət nəticəsində 5530 nəfər yaralanıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.