Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ missiyası Ermənistanda yeni ofis açdı

Aİ missiyası Ermənistanda yeni ofis açdı

Tarix: 12 Sentyabr 2023 18:34

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı missiya "X" hesabında paylaşıb.

Məlumata görə, mərasimdə müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.

Xatırladaq ki, 100 nəfərdən ibarət sözügedən missiya fevralın 20-si Ermənistanda yerləşdirilib. Missiyanın mandatının müddəti 2 ildir.


Etiketlər:  missiyası Ermənistanda yeni ofis açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ