Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 23:50
Meyxanaçı və müğənni Samirə Yusifqızı qeyri-rəsmi yaşadığı şəxsdən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçi "Xoş gəldim" verilişinə müsahibəsində danışıb.
Samirə bildirib ki, bir müddət əvvəl o, xaricdə yaşayan bir bəylə qeyri-rəsmi münasibətdə olub. Yusifqızı həmin şəxsin davada öldüyünü açıqlayıb:
"Birlikdə qeyri-rəsmi yaşadığım şəxs olub. O, pullu adam deyil idi. Günü bu gün belə onun həsrətini çəkirəm. Ondan sonra həyatımda heç kim yoxdur, olmayacaq da. O məndən 5-6 yaş kiçik idi. Təəssüflər olsun ki, artıq həyatda yoxdur. Təsadüfi hadisədə, davada öldü. Aramızda çox güclü sevgi vardı. Amma birləşə bilmədik, alınmadı.
Çünki o məndən çox uzaqlarda idi. O, Rusiyada yox, kənar bir ölkədə yaşayırdı. Heç cürə Azərbaycana gələ bilmirdi. İki dəfə mən özüm onun yanında getmişəm. Bizim görüşümüz olub. Çox az müddət birlikdə olmuşuq. 3-4 gün qalıb, geri qayıtmışam. Onunla davamlı olaraq görüntülü telefonla danışırdıq. Sadəcə olaraq belə oldu.
Anamın hər şeydən xəbəri vardı. O evli olub, boşanmışdı. Artıq ürəyimdə məhəbbət yoxdur, bitib. Bundan sonra da olmayacaq. Həyat yoldaşım vəfat etdikdən sonra neçə illər mən tək-tənha qaldım. Onun yoxluğu ilə günü bu gündə barışa bilmirəm. Onun yoxluğu indi də bilinir".
Qeyd edək ki, Samirə Yusifqızının bir qız və bir oğlan övladı var.