Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2023 10:42
Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu günə qədər 2,1 mindən çox insan Mərakeş-Safi bölgəsində xəstəxanalardadır, onlardan 484-ü ağır xəsarətlər alıb.
Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 2 091-ə çatıb, təbii fəlakət nəticəsində 5 530 nəfər yaralanıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) ölkədə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətindəki İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.