Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2023 12:00
Nigeriyanın Adamava vilayətinin Qurin kəndində sərnişin qayığının göldə batması nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.
Sonxeber.net "report"a istinadən bildirir ki, Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş katibi Məhəmməd Əmin Süleyman bildirib ki, sərnişinləri daşıyan qayıq pis hava şəraiti səbəbindən batıb.
Hadisə bölgəsində xilasetmə işlərinin davam etdiyini bildirən Süleyman yağışlı mövsümdə daha diqqətli olmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 9-da ölkədə sərnişin daşıyan qayıqların batması nəticəsində azı 40 nəfər həyatını itirib.