Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti plastik əməliyyatdan sonra ölümdən döndü

Xalq artisti plastik əməliyyatdan sonra ölümdən döndü

Tarix: 14 Sentyabr 2023 09:25

Rusiyanın Xalq artisti Alla Puqaçova ölümlə üz-üzə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 74 yaşlı sənətçinin keçmiş həyat yoldaşı Filipp Kirkorov aparıcı Andrey Malaxovun verilişində danışıb. Müğənni bildirib ki, Puqaçova illər əvvəl xaricdə liposaksiya etdirdikdən sonra onda sepsis (müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik) yaranmışdı:

"O, sənədləri imzaladı və Moskvaya qayıtdı. Anlayırdı ki, orada qalmaq sonu olacaq. Allada instinkt var. Moskvada həkimlərimiz onu xilas etdilər. İndi isə əla görünür".

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Milli.Az


Etiketlər:  Xalq artisti plastik əməliyyatdan sonra ölümdən döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ