Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 00:52
"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Yürgen Kloppun komandası 37-ci turda səfərdə "Nyukasl"la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
"Nyukasl" - "Liverpul" - 2:3
Qollar: Van Deyk, 13 (0:1), Atsu, 20 (1:1), Salah, 28 (1:2), Rondon, 54 (2:2), Oriqi, 86 (2:3)
Bu qələbə ilə xalını 94-ə çatdıran mersisaydlılar liderliyə yüksəlib, "Nyukasl" isə 42 xalla 14-cü pillədə qalıb. Ancaq 92-ci xalla 2-ci olan "Mançester Siti" bu turda "Lester"ə qalib gələcəyi təqdirdə, 1-ci pilləyə yüksələcək.
Qeyd edək ki, "Tottenhem" isə 70 xalla 3-cü pillədə qərarlaşıb.