Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda AĞIR QƏZA: Qadın öldü, yaralılardan ikisi azyaşlıdır

Azərbaycanda AĞIR QƏZA:  Qadın öldü, yaralılardan ikisi azyaşlıdır

Tarix: 15 Sentyabr 2023 10:02

Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda AĞIR QƏZA Qadın öldü yaralılardan ikisi azyaşlıdır


RƏYLƏR